Xəbər lenti
» » “Realnewsinfo.com” xəbər saytının təsisçisi və baş redaktoru Emin Ramazanovun (Emin Haqq) yalan və böhtanlarına cavabla əlaqədar media işçilərinə

“Realnewsinfo.com” xəbər saytının təsisçisi və baş redaktoru Emin Ramazanovun (Emin Haqq) yalan və böhtanlarına cavabla əlaqədar media işçilərinə

Tarix: 02 yanvar 14:15
“Realnewsinfo.com” xəbər saytının təsisçisi və baş redaktoru Emin Ramazanovun (Emin Haqq) yalan və böhtanlarına cavabla əlaqədar media işçilərinə












Bəyanat


Son vaxtlar “Realnewsinfo.com” xəbər saytının redaktoru Emin Ramazanovun öz saytında yerləşdirdiyi yalan və böhtanlar haqqında daha çox söz-söhbət gedir. Həm də bu yalanların işgüzar və dövlət tapşırıqlarını vicdanla yerinə yetirən adamlara yönəldiyini nəzərə alsaq, müəllif haqqında hamımızda dolğun təsəvvür yaranar.

Emin Ramazanovun qəzəbinə tuş gələnlərdən biri də Hirkan Milli Parkının direktoru kimi mən Azər Mirzəyevəm. Emin Haqq təxəllüslü sayt araşdırıcısı ötən ilin noyabr ayının əvvəllərində parka gələrək mənə hardasa maraqlarına uyğun bir meşə ərazisində çəkdiyi videoçarxı göstərərək dedi ki bu, Hirkan Milli Parkın ərazisinə aiddir. Faktı araşdırmaq üçün yoxlama komissiyası təklif edəndə sayt araşdırıcısı nəisə düşünərək razı olmadı. Dedi ki, yaxşı olar haqqımı verin, başınızı ağrıtmayın. Bakıdan taksi ilə gəlmişəm, elə bunun haqqı 200 manatdır. Açığı bu üzdəniraq jurnalistin pul tələbinə əhəmiyyət vermədiyim üçün yalan və böhtanlar Emin Haqqın xəbər saytına yol tapdı. Hər şey buradan başlandı. Ünvanıma söylənən böhtanların əsassız olduğunu subut –dəlillərlə göstərsəmdə, Emin Haqq daha ayıq tərpənərək məni ləkələmək üçün yuxarı təşkilatlara, müraciət edib. Bütün kanalları yalanla, böhtanla dolduran jurnalist cənab Prezidentə də utanmadan düzgün məlumat verməyib. Artıq ifşa olunduğunu, maskasının yıtrıldığını bilən Emin Haqq ona-buna şər atıb pul tələb etdiyini, rəhbərlik etdiyi saytını bazara çevirdiyini gizlədərək gözlərə kül üfürməyə başlayıb. Çirkin əməllərin ört-basdır etmək üçün haray-həşir salan bildirir ki, jurnalist şərəf və ləyaqətini alçaldan hərəkətlərinin, böhtanlarının üstünü açan Respublika Mətbuat Şurasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin guya şərindən xilas olmağa kömək istəyir. Axı Emin Haqqın şər-böhtana söykənən öz bədxah əməlləridir ki, onun boğazına ilişib. Bir də ki, nahaqqa kim kömək etmək istəyər. Özümə gəldikdə isə deməliyəm ki, bütün respublika mətbuatı parka gəlişimlə yeni ab-hava gətirdiyimdən, kütləvi qırıntıya son qoyulduğundan yazır. İki ilə yaxındır ki, Hirkan Milli Parkına rəhbərlik edirəm. İlk gündən ağac kəsməyə son qoyulub. Sağlam kollektiv formalaşdırmışam. Dövlət təltiflərim var. Lakin iki aydır ki, “Realnewsinfo.com” xəbər saytının rəhbəri Emin Haqq mənə göz verir, işıq ermir. O, reallığı görməyərək öz şəxsi maraqları xatirinə bütün imkanlardan istifadə edir. Son vaxtlarda rəhbərlik etdiyi xəbər saytının bağlanmaq təhlükəsini hiss edən jurnalist ona havadarlıq edən komandasını yaradıb. 20-yə yaxın adamı öz başına toplayaraq Hirkan Milli Parkı haqqında saytda yalan məlumatlar yerləşdirməklə ürəyi soyumayıb. Onların vasitəsi ilə respublikanın rəsmi dairələrinə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb. Son bir ildə yalan məlumatlar əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Hirkan Milli Parkında 139 dəfə yoxlama aparılıb və faktlar öz təsdiqini tapmayıb. Onlardan Əliyev Rauf Hidayət oğlu,Həsənov Rauf Aslan oğlu, Qasımov Əlvan Şəmsəddin oğlu cinayət məsuliyyətinə cəlb olunaraq haqqlarında hökm çıxarılıb. Emin Haqqın sağ əli olan Şahgəldiyeva Ayna Söhbət qızı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilərək Lənkəran Şəhər-Rayon Polis şöbəsində barəsində cinayət işi açılıb.

Yuxarıda qeyd etdik ki, pul qopartmaq üçün Emin Haqq jurnalistin obyektivlik meyyarı ilə bir araya sığmayan bütün iyrənc vasitələrdən istifadə edir. O, ötən il noyabrın əvvəllərində Haftoni meşəbəyliyində sahə müfəttişi əvəzi işləyən Lənkəran rayon Şiləvar kəndində yaşayan Kişiyev Ramin Əşrəf oğlunun evinə gedərək özünü Milli Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edib və ondan külli miqdarda pul tələb etməsi ilə əlaqədar yuxarı distansiyalara müraciət etməsini mənə bildirmişdir. Axı o, yuxarı təşkilatlara ünvanladığı müraciətdə bildirir ki, rəhbərlik etdiyi xəbər saytı qəbul

olunmuş qanunlara uyğun fəaliyyət göstərir. Əslində saytın fəaliyyəti qanunlarımızın tapdalanmasına yönəldilib. Heç olmasa Emin öz saytında Lənkəran rayon Şovu kənd sakini Panayev Zahir Gülağa oğlu haqqında düzgün məlumat verəydi. Onun uydurduğuna görə guya Zahir Hirkan Milli Parkında qırıntı apararkən ağacın bir budağı onun qarın nahiyyəsini zədələyib. Amma fakt göstərir ki, Zahir heç də ağac kəsən zaman xəsarət almayıb, bağırsaq çatışmamazlığı nəticəsində Bakıda M.A. Topçubaşov adına Cərrahiyyə Mərkəzində əməliyyat olunub. Bundan əlavə qeyd etmək istəyirəm ki, saytın rəhbəri Emin Ramazanov Lerik rayon Bobla kənd sakini İzzətov Kazıma məxsus DT-75 markalı traktorun şəkilini kənd ərazisində çəkərək mühafizə yegeri Əliyev Namazəliyə məxsus olduğunu göstərərək Hirkan Milli Parkında ağacların daşınmasında istifadə olunması kimi həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. Qeyd edək ki, belə faktlar çoxdur. Təbii ki, onların bir yazıda sadalamaq mümkün deyil. Emin isə öz yalan və böhtan dolu müraciətinə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxır. Atalar demişkən haqq nazilər, ancaq üzülməz.

Diqqətəlayiq cəhət budur ki, Emin Haqq hardasa cəkdiyi videoçarxı bəlkə çox yerdə göstərib və istədiyi pul məbləğini alıb. Ancaq Hirkan Milli Parkına rəhbərlik edən və vicdanla işləyən bir direktor kimi onun maraq bazarına girmədiyim, jurnalistin haqqı dəstəklədiyinə inandığım üçün Eminin tənqid və təhqir hədəfinə çevrilmişəm. Bu azmış kimi üstəlik özünü-müdafiə üçün daha yuxarılara əl atır. Müraciətdə bir məqamda xüsüsilə təccüb doğurur. Yazır ki, guya Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun əmri ilə Hirkan Milli Parkı dağılır. Görəsən bu hansı məntiqə uyğundur? Lənkəranda gedən böyük quruculuq işlərinə ləyaqətlə rəhbərlik edən Taleh Qaraşov turistlərin ən çox diqqətinə səbəb olan Hirkan Milli Parkının dağıdılmasına necə əmr verə bilər?

Sonda demək istəyirik ki, Emin Haqqın yanlış hərəkətləri, rəhbərlik etdiyi xəbər saytını şəxsi gəlir mənbəyinə çevirdiyi, yalnız onun-bunun diqtəsi ilə işlədiyi jurnalistə xas olan haqq-ədalət və obyektivlik meyarı ilə hesablaşmadığı artıq mediya aləmində böyük qalmaqala səbəb olub. Xalqın gözü isə tərəzidir. O, yaxşını pisdən daha yaxşı ayırmağı bacarır. Qeyd edim ki, sayt rəhbərinin təkidi və iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsüsi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin araşdırma komissiyası tərəfindən parkın ərazisində dəfələrlə yoxlama aparılıb. İzahatı alınıb və heç bir qanun pozuntusu aşkarlanmayıb. Lakin buna baxmayaraq Emin haqsız yazışmanı davam etdirir.

Çox istəyirik ki, Emin Haqq jurnalistin şərəf və ləyaqətini tapdaladığına və rəhbərlik etdiyi xəbər saytını bazara çevirdiyinə, təmiz, işgüzar məmurlara ləkə yaxdığına görə tezliklə haqq-ədalət məhkəməsi qarşısında cavab versin. Axı haqq yalnız onun təxəllüsündədir əməlində qətiyyən hiss olunmur.

Diqqətə çatdırım ki, öz maraqlarından başqa heç yeri görməyən Emin Haqq kimiləri məni düzgün yoldan çəkindirə bilməzlər. Həmişə dövlətçiliyə sadiq olmuşam. Bundan sonra da dövlət tapşırıqlarını, hörmətli nazirin tövsiyyələrini vicdanla yerinə yetirməyə var qüvvəmi sərf edəcəyəm.

Hörmətlə:

Hirkan milli Parkın direktoru Azər Mirzəyev

 Oxunub: 105 


Oxşar xəbərlər:
Ən çox oxunanlar