Xəbər lenti
» » Ramil Quliyev Türkiyədə "ilin idmançısı" seçilib — FOTO

Ramil Quliyev Türkiyədə "ilin idmançısı" seçilib — FOTO

Tarix: 28 dekabr 14:38
Ramil Quliyev Türkiyədə "ilin idmançısı" seçilib — FOTO















Türkiyədə yaşayan Azərbaycan əsilli yüngül atlet Ramil Quliyev "ilin idmançı"sı seçilib.
Yarışlarda Türkiyəni təmsil edən Quliyev "GQ" jurnalı tərəfindən bu titula layiq görülüb. Məlumatı jurnalın rəsmi sosial şəbəkə səhifəsi paylaşıb.

Ramilin fotosunun paylaşıldığı məlumatda deyilir: "Londonda keçirilən "2017-ci il dünya atletika çempionatında 200 metrlik məsafəni 20.09 saniyəyə başa vuraraq Türkiyəyə bu sahədə ilk qızıl medalı qazandıran Ramil Quliyev hər zaman çətin yolu seçir ki, işi asan olsun. "Men of the Year ilin idmançısı" mükafatı uğuru ilə bütün dünyaya səs salan Ramil Quliyevindir".

Qeyd edək ki, keçən il "GQ" jurnalı bu titula Türkiyə futbol üzrə milli komandasının kapitanı Arda Turan layiq görmüşdü.
Ramil Quliyev Türkiyədə "ilin idmançısı" seçilib — FOTO
 Oxunub: 97 


Oxşar xəbərlər:
Ən çox oxunanlar