Xəbər lenti
» » Dünyanın gözü “El-Klasiko”da — VİDEO

Dünyanın gözü “El-Klasiko”da — VİDEO

Tarix: 23 dekabr 10:17
Dünyanın gözü “El-Klasiko”da — VİDEO














Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su keçiriləcək.
"Ölkə.Az" “Report”-a istinadən xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” “Barselona”nı qəbul edəcək.

Əzəli rəqiblərin cari çempionatda “Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan “Real Madrid” cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider “Barselona”dan 11 xal geri qalır. Lakin "kral klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi “Atletiko”nu 6 xal qabaqlayır.

Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə “Real Madrid”lə “Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə “göy-narıncılar” qələbə qazanıblar.
 Oxunub: 21 


Oxşar xəbərlər:
Ən çox oxunanlar