Xəbər lenti
» » Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO

Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO

Tarix: 09 sentyabr 12:52
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEOAnkarada kürd yönümlü Xalq Demokratik Partiyasının qərargahı etirazçıların hücumuna məruz qalıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, etirazçılar qərargah yerləşdiyi binanı daş-qalaq edərək, ofisin şüşələrini qırıb. Polis insidenti şərh etmir. Agentlik kürd yönümlü partiyanın qərargahına edilən basqını son PKK terrorçularının törətdikləri qanlı hücumlarla əlaqələndirir. Xatırladaq ki, ötən gün terrorçuların Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasına törətdiyi partlayış nəticəsində 16 əsgər şəhid olub.

***
09:54

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, HDP-nin baş qərargahına hücum zamanı binanın ikinci mərtəbəsi tamamilə yanıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gəlib. Binanın yerləşdiyi küçə tamamilə bağlanıb.

Türkiyənin Avropa İttifaqı naziri Əli Heydər Konca HDP binasında baş verənləri belə şərh edib: “Şüşə, çərçivələr qırılsın amma insanlar ölməsin. Qoy bu bina tamamilə yansın amma insanlar ölməsin”.
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO
Ankarada HDP qərargahına hücum olub - FOTO, VİDEO



PATRIOT.AZ
 Oxunub: 280 


Oxşar xəbərlər:
Ən çox oxunanlar