Xəbər lenti
» » BDYPİ də yağışdan danışdı: - Sürəti hava şəraitinə uyğun seçin

BDYPİ də yağışdan danışdı: - Sürəti hava şəraitinə uyğun seçin

Tarix: 07 dekabr 12:33
BDYPİ də yağışdan danışdı: - Sürəti hava şəraitinə uyğun seçin
















Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə tövsiyə edib.

İdarədən Trend-ə verilən məlumatda qeyd olunur ki, sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı vaxtlarda son dərəcə ehtiyyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanlarının, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır.
 Oxunub: 82 


Oxşar xəbərlər:
Ən çox oxunanlar