Xəbər lenti
» » Bakıda daha bir yol qəzası — 5 nəfər öldü

Bakıda daha bir yol qəzası — 5 nəfər öldü

Tarix: 06 dekabr 11:05
Bakıda daha bir yol qəzası — 5 nəfər öldü













Bakıda yük maşını minik avtomobili ilə toqquşub.
"Ölkə.Az" "Report"-a istinadən məlumat verir ki, hadisə Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza nəticəsində 5 nəfər ölüb. Ölənlərin hamısı bir ailənin üzvləridir.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin əməliyyatı nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 Oxunub: 59 


Oxşar xəbərlər:
Ən çox oxunanlar