Xəbər lenti
» » Hacının hədiyyələri: Mananaya “Mersedes”, Mətanətə...

Hacının hədiyyələri: Mananaya “Mersedes”, Mətanətə...

Tarix: 05 dekabr 13:34
Hacının hədiyyələri: Mananaya “Mersedes”, Mətanətə...













Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədovun həbsxanada intihar etməsi xəbəri ölkə gündəmini bir anda zəbt etdi. Məlum olduğu kimi, 12 il həbsdə olan H.Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Onu da xatırladaq ki, 2005-ci ildə H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla, ömürlük həbs cəzası çıxarılıb.

Artıq çoxlarına məlumdur ki, Hacı Məmmədov zamanında bir çox məşhur şou-biznes nümayəndələri ilə yaxşı münasibətlərdə olub, müğənnilər və yaxın dostları üçün tez-tez özünə məxsus olan “Qarabulaq” restoranında qonaqlıqlar verib.

Onun ən sevimli dostlarından biri müğənni Eyyub Yaqubov olub. Mətbuatda yayılan məlumatlara görə, müğənninin məşhur “Kim bilir?” mahnısına çəkilmiş klipdəki kişi obrazı məhz ona həsr olunub. Bəzi şayiələrə görə isə Hacı Məmmədov bu mahnıya görə müğənniyə avtomobil bağışlayıb. Lakin Hacı Məmmədovun həbsindən sonra müğənninin onunla olan fotosu mətbuatda yayılaraq, müzakirələrə yol açmışdı. Eyyub Yaqubov keçmiş dostu haqqında açıqlama verməkdən imtina etmişdi.

Hacı Məmmədovun dostu olmuş müğənnilərdən biri də Manana Çaparidzedir. İllər öncə müğənninin Hacı Məmmədovla “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər yayılmışdı. Hətta bəzi iddialara görə, H.Məmmədov M.Caparidzeyə "Mersedes" markalı avtomobil də hədiyyə edib.

Bununla belə, müğənni Hacı Məmmədovla olan şəklini belə şərh etmişdi: “Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”.
Hacı Məmmədovun dostluq etdiyi məşhur müğənnilərdən biri də mərhum İlhamə Quliyeva olub. Müğənni onunla olan dostluq əlaqələrinə belə izah vermişdi: “Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri"ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı "Qarabulaq"a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulaq"ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim”.

Hacı Məmmədovla dostluq edən müğənnilərin siyahısında Brilliant Dadaşova və Mətanət İskəndərlinin də adları var.

Bəs bu gün həmin məşhurlardan kimlər Hacı Məmmədovu xatırladı?

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili olmuş Hacı Məmmədovun həbsxanada intihar etməsi barədə məlumatın yayılmasına baxmayaraq, adıçəkilən tanınmışlardan hələlik heç kim sosial şəbəkələrdə və yaxud mətbuatda öz keçmiş dostunu anmayıb, olaya öz münasibətini bildirməyib. /Musavat.com

 Oxunub: 86 


Oxşar xəbərlər:
Ən çox oxunanlar