Xəbər lenti
» » Bakı Dövlət Universitetində terror törətmək istəyən şəxsə iş kəsildi: "Universiteti partlatmaq istəyib"

Bakı Dövlət Universitetində terror törətmək istəyən şəxsə iş kəsildi: "Universiteti partlatmaq istəyib"

Tarix: 06 oktyabr 18:00
Bakı Dövlət Universitetində terror törətmək istəyən şəxsə iş kəsildi: "Universiteti partlatmaq istəyib"













Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə görə, o 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.

Onlar Bakı Dövlət Universiteti, İslam Universiteti, Neft Akademiyasında terror həyata keçirmək, əhali arasında vahimə yaratmaq istəyiblər. Dəstə üzvləri şimal zonasında olan şərab mağazaları, lombardlara hücum etməyi planlaşdırıblar.

Dəstə üzvləri DTX-nın keçirdiyi əməliyyat zamanı öldürülüb, F. Sadıqov isə sonradan həbs edilib. O, Cinayət Məcəlləsinin 218.1 (cinayətkar birliyin üzvü olma), 214 (terrorçuluğa hazırlıq) və digər maddələri ilə ittiham edilib.

APA

 Oxunub: 118 


Oxşar xəbərlər:
Ən çox oxunanlar