Xəbər lenti
» » Mikayıl Cabbarova "yalançı" deyən "Təfəkkür" universiteti niyə bağlanmalı idi? - Universitetdəki CİNAYƏTLƏR

Mikayıl Cabbarova "yalançı" deyən "Təfəkkür" universiteti niyə bağlanmalı idi? - Universitetdəki CİNAYƏTLƏR

Tarix: 22 sentyabr 18:58
Mikayıl Cabbarova "yalançı" deyən "Təfəkkür" universiteti niyə bağlanmalı idi? - Universitetdəki CİNAYƏTLƏR













Bu ilin yanvar ayında Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılmasından 6 ay sonra universitet rəhbərliyi etiraz edib.

Aztb.info xəbər verir ki, bir zamanlar adı daha çox korrrupsiya yuvası olaraq hallanan universitetin Mikayıl Cabbarovun birbaşa tapşırığı ilə bağlanmasından bir müddət keçdikdən sonra universitetin təsisçiləri Təhsil Nazirliyinə etiraz məktubu göndəriblər. Mikayıl Cabbarova qarşı yönələn bu məktubda deyilir:

"Təsisçilərdən birinin universitetin fəaliyyəti barədə müraciətinin heç bir hüquqi əsası yoxdur. Universitetin yeni təsisçiləri bu barədə dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə də bildirmiş və kollektivin arzusunu və xahişini nəzərə alaraq universitetin fəaliyyətinin davam etdirilməsinə qərar vermiş və müvafiq vəsadət qaldırmışlar. Nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən verilmiş universitetin hüquqi fəaliyyətinə əsas verən sənədin (Lisenziya) müddəti 2020-ci ilin aprelinə qədərdir və hal-hazırda da qüvvədədir".

Bundan başqa univerisitet rəhbərliyi Təhsil Nazirliyini "yalançı" da adlandırmaqdan çəkinmir:

"Tələbələrimizin digər ali məktəblərə köçürülməsinə gəldikdə isə, məlumatda bizim 190 tələbənin başqa universitetlərə köçürülməsi göstərilir. Bu tələbələrdən heç biri köçürülmə ilə bağlı universitetdən sənəd almadığından bu sayı Sizdən eşidirik. Halbuki, Təhsil Nazirliyinin tələbələrin digər təhsil müəssisələrinə köçürülmələri ilə bağlı Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 saylı qərarı ilə, Təhsil Nazirliyinin 24 iyul 2017-ci il tarixli 212 saylı əmri ilə təsdiq olunmuş qaydaların 2.6 bəndinə əsasən tələbə Təhsil Nazirliyinə elektron ərizə ilə müraciət edərkən, təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri özündə əks etdirən sənəd – akademik transkripti, universitetə qəbul olunarkən topladığı bal , təhsil haqqı borcunun olmaması və s. kimi sənədlər təqdim etməklə, ərizəsi qəbul edilməlidir. Köçürülmələrlə bağlı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş qaydaların 2.7 bəndində qeyd edilir ki, tələbə tərəfindən təqdim olunan yuxarıda göstərilən sənədlər Təhsil Nazirliyində yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Bu belədirsə, onda 190 nəfər tələbə universitetdən heç bir sənəd götürüb Nazirliyə təqdim etmədiyi halda, hansı əsasla başqa universitetlərə köçürülür?"

Bu uzun müraciət mətnindən aydın olur ki, universitetin təsisçiləri son mübarizə yolunu olaraq nazir Mikayıl Cabbarova qarşı kampaniya başlatmaqda görürlər. Əks təqdirdə 6 aydır susqunluqlarını qoruyan şəxslərin indi meydana çıxmasına başqa ad vermək olmur.

Bəs həqiqətdə universitetin bağlanması üçün səbəb nə idi?


Öncəki illərə nəzər salsaq görərik ki, sözügedən universitet haqqında istər mətbuatda, istərsə də ictimaiyyət arasında hər zaman təhsilin aşağı olması, rüşvətin ən yüksək səviyyədə yığılması kimi qanunsuz əməllər yazılıb, deyilib. Misir Mərdanovun zamanında Təhsil Nazirliyi ilə yaxın əlaqələri olan universitet rəhbərliyinin yeni nazirlə barışa bilməməsi də universitetin ləğvini sürətləndirdi. Bundan başqa universitet ətrafında cərayan edən kriminal hadisələr, təsisçilər arasındakı savaşın mətbuat səhifələrində tirajlanması yanan odu daha da alovlandırdı.

Məsələn 2015-ci ildə Təfəkkür Universitetinin keçmiş əməkdaşı Riyad Əliyevin rektor Müşfiq Atakişiyevə qarşı səsləndirdiyi iddialar gündəmin əsas xəbərlərindən birinə çevrilmişdi. Riyad Əliyev o zamanlar mətbuata verdiyi açıqlamada Təfəkkür Universitetinin Kiyev filialının rəhbəri, sonradan isə universitetin təsisçilərindən biri olduğunu bildirir və bunu sənədlərlə sübuta yetirə biləcəyini deyirdi. O rektorun ondan 5 milyon aldığını və onu şərlədiyini bildirmişdi. R.Əliyevin ifadəsindən görünür ki, universitetdə təhsildən daha çox kriminal olaylar baş alıb gedir.

Bundan başqa univeristetin prorektoru Tariyel Əhmədovun müəmmalı ölümünün üstününün açılmaması da, universitet ətrafındakı kriminal hadisələrin genişləndiyini göstərmişdi. 16 sentyabr 2011-ci il tarixdə baş vermiş hadisədən sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinin ilkin ekspert rəyinə görə, mərhumun meyitinin müayinəsi zamanı onun kəllə sümüyünün sınığı və başının müxtəlif nahiyələrində digər xəsarətlər aşkar edilmişdi. Hadisə səhər saatlarında Şərifzadə küçəsi, 8 ünvanında qeydə alınıb. Məlumata görə, professor T.Əhmədov neçə illərdir hər səhər saat 5-də hadisə baş verən stadiona gedərək idmanla məşğul olurmuş.

Bütün bu hadisələr Təhsil Nazirliyinin Azərbaycan təhsili üçün getdikcə böyük bir problemə çevrilən Təfəkkür Universitetinin qələmini qırmağa səbəb olub.

Yuxarıda sadalanan amillər də onu göstərir ki, "Təfəkkür" universitetinin bağlanması tamamilə düzgün addımdır və Təhsil Nazirliyinin bu məsələdə suçu yoxdur.

 Oxunub: 93 


Oxşar xəbərlər:
Ən çox oxunanlar