Xəbər lenti
» » Bakı-Quba yolunda ağır qəza: 2 ölü, 3 yaralı

Bakı-Quba yolunda ağır qəza: 2 ölü, 3 yaralı

Tarix: 05 sentyabr 12:37
Bakı-Quba yolunda ağır qəza: 2 ölü, 3 yaralı


Bu gün Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun rayonunun Paşaoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mitsubishi Pajero” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır

PATRİOT.AZ
 Oxunub: 200 


Oxşar xəbərlər:
Ən çox oxunanlar