Xəbər lenti
» » 81 yaşlı Quran müəllimi azyaşlı qızlara təcavüz edib

81 yaşlı Quran müəllimi azyaşlı qızlara təcavüz edib

Tarix: 08 iyul 09:25
81 yaşlı Quran müəllimi azyaşlı qızlara təcavüz edib

















81 yaşlı Quran müəllimi Məhəmməd Hacı Sadiq azyaşlı qızlara qarşı seksual təcavüz ittihamı ilə həbs edilib.

BBC xəbər verir ki, o, Kardifin Mədinə məscidində 30 il Quran dərsləri deyib. Qeyd edilir ki, 13 illik azadlıqdan məhrum edilən müəllim Quran oxuyarkən səhv etdikləri zaman, cəza forması olaraq uşaqlara cinsi təcavüz edib, onları çubuqla döyüb.

İstintaqdan sonra məlum olub ki, Hacı Sadiq 13 yaşlı qıza qarşı səkkiz dəfə seksual hərəkətlər edib. Bundan başqa o, detalları açıqlanmayan digər altı əxlaqsızlıqda da günahlandırılıb. Quran müəllimi "öz vəzifəsindən sui-istifadə etməkdə” ittiham olunur.

Məhəmməd Hacı Sadiq özü isə ittihamları rədd edib, bunları oyun adlandırıb.

İşi aparan hakim Stefan Hopkins isə bildirib ki, uşaqlar hörmət əlaməti olaraq müəllimlərinə "dayı” deyiblər, o isə əvəzində əxlaqsız hərəkətlər edib.

 Oxunub: 148 


Oxşar xəbərlər:
Ən çox oxunanlar