Xəbər lenti
» » Göyçayda şagirdi döyən müəllimə: "Dəlilik kağızım var"

Göyçayda şagirdi döyən müəllimə: "Dəlilik kağızım var"

Tarix: 09 iyun 10:01
Göyçayda şagirdi döyən müəllimə: "Dəlilik kağızım var"

















Göyçayda müəllimə 11 yaşlı şagirdi döyüb.

Femida.az xəbər verir ki, bu barədə uşağın anası Fəxriyyə Xasməmmədova məlumat verib.

"3 gün əvvəl qızım Aysu oxuduğu Göyçay Şəhər 5 saylı orta məktəbdə döyüldü. Həmin vaxt hadisənin üstündən keçdim. Bu gün həmin məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə qızımı daha kobud şəkildə təhqir edib və başını dəfələrlə partaya vurub. Bütün bunlar şagirdlərin gözü qarşısında olub. Hazırda uşağı ekspertizaya gətirmişik”, - deyə müraciətdə bildirilir.

Fəxriyyə Xasməmmədova müəlliməyə ondan şikayət edəcəklərini dedikdə qəribə cavabla qarşılaşıb.Tarix müəlliməsi valideynə bildirib ki, hara istəsələr, şikayət etsinlər, onsuz da onun dəlilik kağızı var.

Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.

 Oxunub: 140 


Oxşar xəbərlər:
Ən çox oxunanlar