Xəbər lenti
» » Britaniyalı dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi

Britaniyalı dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi

Tarix: 02 sentyabr 11:00
Britaniyalı dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi


Türkiyədə dörd azyaşlı uşaq ilə “İslam Dövləti”nə (İŞİD) qoşulmağa çalışan Böyük Britaniya sakini saxlanılıb.

Oxu.az xəbər verir ki, şərqi London sakini, 33 yaşlı Zahirə Tarik 4-12 yaş arası dörd uşaq ilə avqustun 25-də London-Siti aeroportundan uçub.

Polis baş verənlərə Tarikin qohumlarının müraciətindən sonra diqqət edib, belə ki, qohumlar qadının gələcək planlarından xəbərsiz olublar.

Britaniya polisinin terrorla mübarizə şöbəsinin rəhbəri Riçard Uolton televiziyada xüsusi müraciət ilə çıxış edib. Çıxışda həmin qadın barədə hər hansı bir məlumatı olan insanlardan hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş edilirdi. Hal-hazırda Tarik və onun uşaqları təhlükəsizlikdədirlər.


Britaniyalı dörd uşaq anası İŞİD-ə qoşulmağa cəhd etdi

PATRİOT.AZ
 Oxunub: 151 


Oxşar xəbərlər:
Ən çox oxunanlar