Xəbər lenti
» » DTX-da saxlanan İŞİD-çilər Kürdəxanıya köçürüləcək

DTX-da saxlanan İŞİD-çilər Kürdəxanıya köçürüləcək

Tarix: 07 iyun 13:03
DTX-da saxlanan İŞİD-çilər Kürdəxanıya köçürüləcək

















Suriyada qanunsuz silahlı birləşmələrdə təqsirləndirilən Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs edilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən hər iki şəxs vəsatətlə çıxış edib. Onlar DTX-ın istintaq təcridxanasından Ədliyyə Nazirliyinin İstintaq Təcridxanasına köçürülmələrini xahiş ediblər. Vəsatət təmin edilib.

Təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına( Kürdəxanıya) köçürülməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses iyunun 12-də davam edəcək. Qeyd edək ki, həmin şəxslər DTX tərəfindən antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər. Hər iki İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.

///lent.az

 Oxunub: 81 


Oxşar xəbərlər:
Ən çox oxunanlar