Xəbər lenti
» » Vüsal Ələkbərov sensasion faktlar açıqlayacaq - "NƏ ETMİŞƏMSƏ, TAPŞIRIQ ALARAQ ETMİŞƏM"

Vüsal Ələkbərov sensasion faktlar açıqlayacaq - "NƏ ETMİŞƏMSƏ, TAPŞIRIQ ALARAQ ETMİŞƏM"

Tarix: 03 iyun 13:52
Vüsal Ələkbərov sensasion faktlar açıqlayacaq - "NƏ ETMİŞƏMSƏ, TAPŞIRIQ ALARAQ ETMİŞƏM"

















Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Gununsesi.info xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti Vüsal Ələkbərovun vəkillərinin müdafiə çıxışı etməsindən sonra ona son söz üçün 1 həftə vaxt verib. Ancaq MTN-nin şöbə rəisi məhkəmədən 2 həftə vaxt istəyib.
Hakim son söz üçün 2 həftənin çox olduğunu qeyd etdikdə, Vüsal Ələkbərov bu müddətdə daha dərindən düşünərək sözügedən cinayət işi üzrə mövcud mütəşəkkil dəstənin başında duranların adlarını bir-bir əməlləri ilə açıqlayacağını bəyan edib: “Mən bəzi sensasion faktlar açıqlayacağam. Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, o zaman bu dəstənin başçıları hardadır? Mənimlə burada kimlər qolu qandallı oturmalıdır, bunu onlar yaxşı bilirlər. Mən həmin mütəşəkkil dəstənin üzvlərinin hamısının adlarını və əməllərini bir-bir açıqlayacağam. Mən nə etmişəmsə, tapşırıq alaraq etmişəm, mənim rəisim olub. Burada mən yox, onlar niyə oturmayıb?”
Qeyd edək ki, Vüsal Ələkbərov məhkəmədə çıxışı zamanı bu ifadələri işlədərkən milli təhlükəsizlik naziri Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevi nəzərdə tutub.
Onu da bildirək ki, Mövlam Şıxəliyev vəzifəsindən azad olunsa da hazırda azadlıqdadır.
Sonda nəzərinizə çatdıraq ki, Vüsal Ələkbərov bu cür açıqlamasından sonra məhkəmə kollegiyası son söz üçün ona 2 həftə vaxt verib.

 Oxunub: 214 


Oxşar xəbərlər:
Ən çox oxunanlar