Xəbər lenti
» » Ölkənin ən böyük yol tikinti şirkətlərindən biri bağlanmaq üzrədir

Ölkənin ən böyük yol tikinti şirkətlərindən biri bağlanmaq üzrədir

Tarix: 01 sentyabr 11:56
Ölkənin ən böyük yol tikinti şirkətlərindən biri bağlanmaq üzrədir
Azərbaycanın ən iri və ən tanınmış yol tikinti şirkətlərindən biri olan “AzVirt” fəaliyyətini məhdudlaşdırıb və işçilərinin böyük əksəriyyətini ixtisar edib.

Bu barədə virtualaz.org saytına tikinti sekorundakı mənbələrdən məlum olub.

Məlumata görə, şirkət 2015-ci il üçün bir dənə də olsun layihə ala bilməyib, üstəlik fəaliyyət göstərdiyi tikinti layihələrindən azı üçünü tərk edib. Bu, ölkədə yol-tikinti layihələrinin kəskin azalması və həyata keçirilməkdə olan tikinti layihələrin maliyyələşdirilməsinin məhdudlaşdırılması ilə bağlıdır.

Virtualaz.org məlumatı dəqiqləşdirmək üçün “AzVirt”in mərkəzi ofisinə müraciət edib. Lakin şirkətin saytındakı bütün əlaqə nömrələri operatora yönləndirilmişdi və öz növbəsində operator daxil olan zəngləri cavabsız buraxırdı.
Ölkənin ən böyük yol tikinti şirkətlərindən biri bağlanmaq üzrədir

Şirkət sifarişi sonuncu dəfə 2014-cü ildə alıb. Bu, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində 7 kilometrlik avtomobil yolunun tikintisi layihəsidir. Tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Onun 2016-cı ildə bitməsi nəzərdə tutulurdu. Ancaq şirkətin bu layihəni tərk etdiyi məlum olub.

Hazırda “AzVirt” yalnız Bakı-Sumqayıt yolunun yenidən qurulması, Qala-Pirallahı yolunun tikintisi və Bakı-Şamaxı yolunun dördzolaqlı şəkildə genişləndirilməsi layihəsində məhdud miqyasda işləyə bilir.

“AzVirt” Azərbaycanın yol-nəqliyyat infrastrukturunun tikintisində ən çox tanınan və təcrübə toplayan podratçılardan biri olub. Bu şirkət 90-cı illərin ortalarında Bakı aeroportunda 2 nömrəli uçuş-enmə zolağının tikintisini keyfiyyətlə həyata keçirən alman şirkəti “WİRTGEN”lə birgə 1995-ci ildə Azərbaycan-Almaniya birgə müəssisəsi kimi yaradılıb.

2004-cü ildә “AzVirt” mülkiyyətçilərini dəyişərək Azәrbaycanda Mәhdud Mәsuliyyәtli Cәmiyyәt kimi yenidәn qeydiyyatdan keçib. Bu dəfə şirkətin ölkənin nüfuzlu oliqarxlarından birinin çətiri altına daxil olduğu haqda məlumatlar var idi.

Ölkənin ən böyük yol tikinti şirkətlərindən biri bağlanmaq üzrədir

İstənilən halda “AzVirt” ötən 20 il ərzində Azərbaycanda çoxsaylı yol-nəqliyyat infrastrukturu layihələrini, aeroportların tikintisini, o cümlədən regionlarda yolların çəkilməsini həyata keçirib. Habelə bir sıra xarici ölkələrdə bu cür layihələr alıb.

Lakin indi inkişaf etməkdə olan ölkələrə öz təsirini göstərən qlobal böhran Azərbaycanda da tikinti sektorunda işlərin xeyli zəifləməsinə, habelə dövlət büdcəsi hesabına həyata keçirilən infrastruktur layihələrinin kəskin azalmasına səbəb olub. Nəticədə bir vaxtlar sifariş bolluğu içərisində üzən şirkətlər indi iş tapa bilmir və fəaliyyətlərini ya dayandırır, ya iri məbləğlərdə kredit borcu içində üzür.

PATRIOT.AZ
 Oxunub: 313 


Oxşar xəbərlər:
Ən çox oxunanlar