Xəbər lenti
» » Azərbaycanda nazir müavini kabinetinin təmirinə 250 min xərclədi

Azərbaycanda nazir müavini kabinetinin təmirinə 250 min xərclədi

Tarix: 23 fevral 13:39
Azərbaycanda nazir müavini kabinetinin təmirinə 250 min xərclədi

















Nəqliyyat nazirinin müavini Arif Əsgərovun həbs olunacağı ilə bağlı yayılan xəbərlərin ardınca onun haqqında daha bir iddia gündəmə gəlib.

"Yeni Müsavat” qəzetinin yaydığı xəbərdə bildirilir ki, Arif Əsgərov nəqliyyat nazirinin müavini postuna təyin edildikdən sonra ona verilən iş otağında "əsaslı təmir” aparıb. Məlumata görə, A.Əsgərov bununla öz rəqiblərinə acıq vermək istəyib. O, Nəqliyyat Nazirliyinin rəhbərliyindən təmir üçün icazə aldıqdan sonra işə başlayıb və kabinet təmirinə 250 min manat pul xərcləyib. Bütün aksessuarları, mebelləri xarici ölkələrdən xüsusi sifarişlə gətirib.

Xatırladaq ki, keçmiş nazir müavinin "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan vaxtlarda ciddi maliyyə pozuntularına yol verdiyi, 48 milyon manat dövlət vəsaitinin mənimsədiyi iddia olunur.

 Oxunub: 225 


Oxşar xəbərlər:
Ən çox oxunanlar