Xəbər lenti
» » İlyas Səfərovun Yuxarı Qarabağ kanalından əldə etdiyi milyonlar – FAKTLAR

İlyas Səfərovun Yuxarı Qarabağ kanalından əldə etdiyi milyonlar – FAKTLAR

Tarix: 28 avqust 09:49
İlyas Səfərovun Yuxarı Qarabağ kanalından əldə etdiyi milyonlar – FAKTLAR

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanal İstismar İdarəsinin müdiri İlyas Səfərovun hər il dövlətdən ayrılan yüz min manatlarla vəsaiti mənimsəməklə böyük sırvıt sahibinə çevrilib. Təkcə son 3 ildə Yuxarı Qarabağ İstismar İdarəsinə 2 milyondan çox vəsait ayrılıb.

İdarə müdiri İlyas Səfərov hər il Yuxarı Qarabağ kanalının təmizlənməsi və yaxşı vəziyyətə gətirilməsi üçün büdcədən ayrılan bu vəsaitlırin böyük hissəsini mənimsəyib. İdarə müdiri bundan başqa ayrı-ayrı fermer və təsərrüfat sahibləri tərəfindən kanala qanunsuz olaraq atılan borulara görə sahibkarlardan 5 min manat aldığı və hər il onlardan su pulu üçün 500 manat haqq yığdığınıda qeyd etmişdik. Yuxarı Qarabağ kanalında İlyas Səfərovun qeyd etdiyimiz qanunsuz hərəkətləri ilə bağlı bir çox faktlara rast gəlmək mümkündür.

Əməkdaşımızın Yuxarı Qarabağ kanalında apardığı monitorinq nəticəsində məlum olub ki, İlyas Səfərov təkcə Beyləqan rayonu ərazisində 17 qanunsuz boru atıb,
Ağacabədi rayonu ərazində isə bu boruların sayı 30-u keçir.

Bundan başqa Yevlax, Tərtər, Bərdə, Ağdam rayonları ərazisində bu qanunsuz atılmış su borularının ümumi sayı 100-dən çoxdur. İnformasiya mənbəmiz bildirir ki, idarə müdiri Yuxarı Qarabağ kanalına qanunsuz atılan hər bir boru üçün sahibkarlardan 5 min manat haqq alıb.

Bundan başqa boru ataraq dövlətə bir manat belə su pulu verməyən sahibkarlar bunun əvəzində hər il İlyas Səfərova 500 manat haqq verirlər. İdarə müdiri təkcə Yuxarı Qarabağ kanalına atılan borulara görə ildə sahibkarlardan 70 manatdan çox pul yığır.

Bundan başqa dövlətdən kanalın təmizlənməsi üçün ayrılan külli miqdarda vəsaitində idarə müdirinin cibinə axdığını deyə bilərik. Çünki Yuxarı Qarabağ kanalının əksər yerlərini yabanı bitkilər və kol kos basıb. Bunu aşağıda çəkdiyimiz fotolarda görə bilərsiniz. Mənbəmiz iddia edir ki, İlyas Səfərov kanalın gözə çarpan yerlərində, daha çox körpülərin ətrafında bir neçə yüz metr ərazidə təmizlik işi aparmaqla “gözə kül” üfürür.

Həmçinin Yuxarı Qarabağ İstismar İdarəsinin 6 rayonda bölməsi olmaqla burada ümumi 300-ə yaxın şəxs işləyir. Ancaq İlyas Səfərov həmin işçilərin yalnız 200-ə yaxınına əmək haqqı verir. Yəni yerdə qalan 100 işçinin sadəcə sənədlərdə adı var. Həmin “ölü canların” adına yazılan əmək haqqları isə idarə müdirinə çatır. Bu isə ayda təxminən 25-30 min manata yaxın vəsait deməkdir.

Qeyd edək ki, İlyas Səfərovun qazanc mənbələri bunlarla bitmir. İdarənin balansında olan xeyli sayda texnikanın və avtomobil hissələrindən gələn gəlir və digər maxinasiyalar barədə nöövbəti sayımızda oxucularımıza ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq

PATRIOT.AZ
 Oxunub: 313 


Oxşar xəbərlər:
Ən çox oxunanlar