Xəbər lenti
» » Odessa milisinin rəisi 20 000 dollar rüşvət alarkən tutuldu

Odessa milisinin rəisi 20 000 dollar rüşvət alarkən tutuldu

Tarix: 28 avqust 09:11
Odessa milisinin rəisi 20 000 dollar rüşvət alarkən tutuldu


Ukrayna DİN-in Odessa şəhəri üzrə İdarəsinin yeni təyin edilmiş rəisi Oleq Makuxa avqustun 27-də 20 min dollar məbləğində rüşvət alan zaman saxlanılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Ukrayna Baş Prokurorluğunun məlumatına əsasən, məmur korporativ münaqişəyə qanunsuz dəstək göstərməsinə görə külli miqdarda pul tələb edib.

Qeyd edək ki, Oleq Makuxa Ukrayna DİN-in Odessa üzrə İdarəsinin rəisi vəzifəsinə iyulun 1-də Odessa vilayətinin milis idarəsinin yeni rəisi Georgi Lortkipanidze tərəfindən təyin edilib. Yeni təyinatınadək Oleq Makuxa Nikolayev vilayətində Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.


PATRIOT.AZ
 Oxunub: 212 


Oxşar xəbərlər:
Ən çox oxunanlar