Xəbər lenti
» » 55 yaşlı kişi 10 yaşlı oğlanı zorladı - Azərbaycanda şok hadisə

55 yaşlı kişi 10 yaşlı oğlanı zorladı - Azərbaycanda şok hadisə

Tarix: 28 yanvar 11:56
55 yaşlı kişi 10 yaşlı oğlanı zorladı - Azərbaycanda şok hadisə




















Azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1961-ci il təvəllüdlü Zahid Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2016-cı ilin may ayının axırlarında 2006-cı il təvəllüdlü Şəhriyar Məmmədovu (ad və soyad şərti verilib) yaşadıqları Qolqəti kəndində olan otlaq sahəsinə aparıb və orada azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

O, daha sonra həmin ilin iyun ayının əvvəlində və ortalarında onunla iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Zahid Rəhimov Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar Seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib. Cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

"Məndən 5 manat pul istədi”

Məhkəmədə ifadə verən Zahid Rəhimov bildirib ki, 2016-cı ilin iyun ayının ortalarında günorta radələrində otlaq sahəsinə qoyunlara baxmağa gedəndə küçədə azyaşlı Şəhriyar Məmmədov və Sadiqi görüb: "Onlara qoyunun balası olduğunu və birlikdə gedərək həmin balanı gətirməyi təklif etdim. Şəhriyar və Sadiq mənimlə razılaşdı. Yolda Şəhriyara cinsi əlaqədə olmağı təklif etdim. Şəhriyar da bunun üçün məndən 5 manat pul istədi. Körpüyə çatanda Sadiqə bizdən təxminən 3-4 metr aralıda dayanmasını bildirdim. Şəhriyarla orada olan çökəkliyə düşdük. Həmin yerdə Şəhriyar paltarını çıxardı. Məndə onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum”.

"Əməlimdən peşmanam”

Təqsirləndirilən şəxs qeyd edib ki, Şəhriyarla cinsi əlaqədə olandan sonra ona söz verdiyi 5 manat pulu verməyib: "Əvvəllər heç kəsə qarşı bu cür hərəkətlər etməmişəm. Etdiyim hərəkətdən çox peşman olmuşam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Şəhriyar Məmmədov bildirib ki, 2016-cı ilin may ayının axırlarında küçədə oyanayarkən, Zahid ona yaxınlaşıb və deyib ki, qoyunun balasını götürüb gələk: "Zahidlə sahəyə getdik, otlaq sahəsinə çatanda körpünün yanında Zahid əli ilə ağzımı tutdu, məni yerə yıxıb paltarımı çıxardı və məni zorladı. Həmin vaxt ağrı hiss edərək qışqırmışam. Lakin Zahid buna baxmayaraq həmin hərəkəti təxminən bir neçə dəqiqə davam etdirdi. Onun altında çıxmağa cəhd göstərdim, amma məni buraxmadı. Sonra Zahid mənə 2 manat pul verdi".

Şəhriyar Məmmədov əlavə edib ki, həmin hadisədən təxminən bir həftə sonra Zahid eyni yerdə ona yenidən təcavüz edib: "Zahid eyni ilə yenə də mənimlə zorla cinsi əlaqədə oldu. Daha sonra mənə 5 manat pul verdi. Qonşuluğumda yaşayan Namizəd adlı şəxsə həmin puldan 4 manat vermişəm, iki ədəd göyərçin alaraq evimizə gətirmişəm. Qalan bir manatı da özüm üçün ərzağa xərcləmişəm. Qorxduğum üçün Zahidin mənə etdiyi bu hərəkətləri heç kəsə deməmişəm”.

"Əmim oğlunun Zahidi daşladı”

Zərərçəkmişin ifadəsinə görə, 2016-cı ilin iyun ayının ortalarında əmisi oğlu Sadiq ilə küçədə gəzəndə Zahid onların yanlarına gəlib və sahəliyə gedərək dovşan tutmağı təklif edib: "Zahidlə razılaşdıqdan sonra kənddə yerləşən boş sahəliyə getdik. Zahid məni yenə də kanalın kənarında olan çökəkliyə saldı, Sadiqi isə pusquda qoydu. Sadiq bizdən təxminən 5-6 metr aralıda dayandı. Zahid əli ilə ağzımdan tutdu, sonra mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. Ağrıdığım üçün qışqırdım. Səsimə Sadiq gəldi. Belə vəziyyətdə bizi görən Sadiq Zahidi daşlamağa başladı. Bu zaman Zahid duraraq qaçdı. Qorxudan anamdan məni Qəbələ rayonundakı qohumlarımızgilə göndərməsini xahiş etdim. Lakin anama Zahidin etdiyi hərəkət barədə heç nə deməmişəm. Qəbələ rayonundan gələndən sonra SadiqİN anama bu barədə dediyini eşitmişəm”.

13 il 6 ay cəza

Məhkəmənin hökmü ilə Zahid Rəhimov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zahid Rəhimov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zahid Rəhimovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə Zahid Rəhimovun apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Hakim kollegiyası sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib. (Teleqraf.com)

 Oxunub: 127 


Oxşar xəbərlər:
Ən çox oxunanlar