Xəbər lenti
» » Adı seks videosunda hallanan direktor işdən qovuldu

Adı seks videosunda hallanan direktor işdən qovuldu

Tarix: 17 yanvar 13:09
Adı seks videosunda hallanan direktor işdən qovuldu




















"Şəmkir rayonunun Aşağı Seyfəli kəndində M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazovun vəzifəsindən azad olunması barədə məlumatlar düzgün deyil. O, hazırda işinin başındadır".

Bu barədə Şəmkir Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.

Məlumatda qeyd olunub ki, məsələ ilə bağlı araşdırmalar aparılıb, nəticə Təhsil Nazirliyinə göndərilib.

"Məktəbdə baş verənlərlə bağlı qərarı Təhsil Nazirliyi verməlidir" - deyə, RİH-dən bildirilib.

Qeyd edək ki, M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində əvvəllər laborant işləmiş Xatirə Əliyeva təhsil ocağının direktoru Akif Namazov haqqında bir sıra ittihamlar irəli sürüb. Onun sözlərinə görə, direktor onlardan pul tələb edib. Direktor isə keçmiş laborantı qeyri-etik hərəkətlərə yol verməkdə ititham edib və buna görə işdən çıxarıldığını deyib. O, mətbuatda keçmiş laborant barəsində bir sıra nalayiq ifadələr də işlədib.


///Report

 Oxunub: 170 


Oxşar xəbərlər:
Ən çox oxunanlar