Xəbər lenti
» » Türkiyəli musiqiçi: "Şəkidəki tamaşaçı, bu cür dinləyici heç yerdə yoxdur"

Türkiyəli musiqiçi: "Şəkidəki tamaşaçı, bu cür dinləyici heç yerdə yoxdur"

Tarix: 26 avqust 11:19
Türkiyəli musiqiçi: "Şəkidəki tamaşaçı, bu cür dinləyici heç yerdə yoxdur"



Şəkidə keçirilən "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalının 4-cü günü də maraqlı anlarla yadda qalıb. Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bu dəfə səhnəyə Türkiyənin "İstanbul Harem" qrupu çıxıb. "İstanbul Harem" qrupunun təqdim etdiyi rəngarəng ritm kompozisiyalarından ibarət proqram musiqisevərlərin ürəyincə olub. Qrupun çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qrupun üzvləri bas və zil darbukalar, tef və bendir ritm alətlərində məharətlə ifa ediblər.

"Harem" qrupunun üzvü Turqay Tameroğlu: "Təqribən 15 ildir ki, biz səhnədəyik. Biz musiqiçilər dünyanın müxtəlif ölkələrində çıxış etmişik. Ancaq sizi inandırım ki, bu cür tamaşaçı, bu cür dinləyici heç yerdə yoxdur. Atmosfer çox yüksək idi. Hər şey əla idi."

"İstanbul Harem" ritm qrupu 2001-ci ildə peşəkar zərb ifaçısı Suat Borazan tərəfindən yaradılıb. Qrup dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda iştirak edib. Xatırladaq ki, festivalın informasıya dəstəyi və eksklüziv çəkiliş hüququ "Kanal S"ə məxsusdur.

PATRİOT.AZ
 Oxunub: 258 


Oxşar xəbərlər:
Ən çox oxunanlar