Xəbər lenti
» » ABŞ-da polislər əqli zəiflikdən əziyyət çəkən kişini güllələdilər

ABŞ-da polislər əqli zəiflikdən əziyyət çəkən kişini güllələdilər

Tarix: 14 dekabr 11:52
ABŞ-da polislər əqli zəiflikdən əziyyət çəkən kişini güllələdilər

















ABŞ-ın Kaliforniya ştatının cənubunda polislər psixi pozğunluqdan əziyyət çəkən silahsız adamı güllələdilər.

Bu barədə “Los Angeles Times” qəzeti məlumat yayıb.

Beykersfild şəhər polisinin bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları küçədə silahla gəzən kişi haqqında məlumat alıblar. 73 yaşlı Fransisko Sernenin olduğu yerə gələn polislər ona atəş açıblar. O, aldığı yaralardan öz evi yaxınlığında ölüb. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Serneyə doqquz dəfə atəş açılıb.

“Polis mənim atama doqquz güllə atıb, halbuki o, silahlı deyildi”, - deyə mərhumun oğlu bildirib. O, həmçinin əlavə edib ki, atasında əqli zəifliyin ilk mərhələsi olub.

Müstəntiqlər hadisə yerində silah tapmayıblar. Hadisənin təfərrüatı araşdırılır.

 Oxunub: 206 


Oxşar xəbərlər:
Ən çox oxunanlar