Xəbər lenti
» » Bakıda toya çağırılmamış gələn adamı döydülər

Bakıda toya çağırılmamış gələn adamı döydülər

Tarix: 07 dekabr 12:10
Bakıda toya çağırılmamış gələn adamı döydülər



















Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.

Report xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb.
Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub.
Faktla bağlı araşdırma aparılıb.

 Oxunub: 136 


Oxşar xəbərlər:
Ən çox oxunanlar