Xəbər lenti
» » Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

Tarix: 05 dekabr 21:05
Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı




















Prezident İlham Əliyev "Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Qeyd edək ki, sərəncaml Zərdabda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.

 Oxunub: 158 


Oxşar xəbərlər:
Ən çox oxunanlar