Xəbər lenti
» » Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib

Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib

Tarix: 25 oktyabr 10:44
Pakistanda polis kollecinə hücum - 59 ölü, 100 yaralı + Yenilənib

















Pakistanın Bəlucistan əyalətində silahlıların polis kollecinə hücumu nəticəsində ən azı 20 nəfər yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bəlucistan Polis İdarəsi silahlıların 6 nəfər olduğunu bildiriblər. Onlar Kvetta şəhəri yaxınlığındakı polis təlim mərkəzinə hücum ediblər.

Atışma nəticəsində 6 polis yaralanıb. Digər yaralıların isə qaçarkən xəsarət aldığı qeyd edilib.

Silahlıların 200 nəfəri əsir götürdüyü, 250 nəfərin isə xüsusi təyinatlılar tərəfindən azad olunduğu bildirilib.

***

“TASS” məlumatına görə, hücum zamanı 2 polis əməkdaşı ölüb. 51 nəfər isə yaralanıb.

Hadisə yerində 3 partlayış baş verib.

***

Türkiyə mətbuatı xəbər verir ki, hadisə yerinə 2 hərbi helikopter göndərilib. Ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Kvetta şəhərinin 13 km məsafədə yerləşən polis kolleci 2006-cı və 2008-ci illərdə də hücuma məruz qalıb.

***

“Dawn” xəbər verir ki, əməliyyatlar başa çatıb.

Polisdən verilən məlumata görə, 3 terrorçu məhv edilib. Hücum zamanı 20 nəfər ölüb, 65 nəfər yaralanıb. Bütün girovlar azad edilib.

***

“The Assosiated Press” xəbər verir ki, naməlum silahlıların polis kollecinə hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb.

Məlumata əsasən, xəsarət alanların sayı 100-dən artıq ola bilər.

***

“TASS” xəbər verir ki, polis kollecinə hücum zamanı ölənlərin zamanı sayı 59-a çatıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

 Oxunub: 145 


Oxşar xəbərlər:
Ən çox oxunanlar