Xəbər lenti
» » Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov

Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov

Tarix: 14 yanvar 16:16
Şərəfli həyat yolu, layiqli iş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov






[b]



[b]Respublika Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub və bu da təbii qarşılanmalıdır. Çünki Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin spesifikası ondan ibarətdir ki, bu fəaliyyət növü demək olar ki, bütün ölkə əhalisinin həyatına, yaşam tərzinə bu və ya digər dərəcədə təsir göstərir.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, alim, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir.[/b]


[b]

Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar kəndində anadan olmuşdur. 1968-ci ildə Qovlar kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974-1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir.

1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə "polis general-mayoru" rütbəsi verilmişdir. 1995-ci ildə "İgidliyə görə" medalı, 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Ailəlidir, üç övladı var.

Ramiz Zeynalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ramiz Zeynalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ramiz Zeynalov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ramiz Zeynalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ramiz Zeynalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ramiz Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun bir polis general-mayoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ramiz Zeynalov gördüyü bütün işləri fərəhlə, zövqlə və böyük məsuliyyətlə yerinə yetirir! Onun fərəhi və zövqü yüksək və həssas musiqi duyumundan və yaradıcılığından, böyük məsuliyyəti isə “xalqın xidmətçisi” olmaq hissindən, dövlətçiliyimizə və prezidentimizə sədaqətindən yaranıb!

Ramiz Zeynalov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Ramiz Zeynalov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

[/b]
 Oxunub: 702 


Oxşar xəbərlər:
Ən çox oxunanlar